ACE Group Consultants Enerji səmərəliliyi, Bərpa olunan enerji, Tullantıların idarə olunması, digər ətraf mühit layihələri kimi texniki yardım layihələrindən biznes subyektləri üçün birbaşa dəstəyə qədər geniş əhatəli mövzular üzrə dövlət və özəl təşkilatlar üçün konsaltinq xidmətləri göstərir.
Məqsədimiz sifarişçinin tələblərinə cavab vermək, və onların biznesinin inkişafına dəstək olmaqla gözləntilərini aşaraq yüksək keyfiyyətli konsaltinq xidmətləri göstərməkdir.
ACE Group Consultants yüksək peşəkarlığı və səmərəliliyi ilə ümumi məqsədə nail olmağa çalışan, sifarişçiyə ən yüksək keyfiyyətli məhsul təmin edən təcrübəli ekspertlərdən ibarət komandası tərəfindən görülmüş yüksək keyfiyyətli iş sayəsində peşəkar, etibarlı və səmərəli şirkət olaraq ciddi nüfuz qazanmışdır.
Biz Azərbaycanda ətraf mühit, iqtisadi, maliyyə, sosial məsələlər, eləcə də institusional təkmilləşmə və bacarıqların artırılması sahəsində araşdırmalar daxil olmaqla, Aİ, Dünya Bankı, AİB və digər beynəlxalq institutlar tərəfindən maliyyələşdirilən mürəkkəb texniki yardım layihələrinin icrasında yer alan çoxsaylı institusional müştərilərə xidmət göstəririk.
ACE-in layihə xidmətlərinin əsasında layihələrin idarə edilməsinin bütövlükdə hüquqi və texniki təcrübə ilə birləşdiyi, bununla da layihənin uğurla həyata keçirilməsi üçün tələb olunan bacarıqların matrisasını formalaşdıran konsultasiya xidmətləri üzrə müqavilələr durur.
Bizim bisnes sahəsində konsultasiya və İR autsorsinq xidmətlərimiz yerli və xarici şirkətlərə öz fəaliyyətlərini qurmağa və müvafiq qaydada icra etməyə kömək edir.
Biz dövlət və özəl institutlarla əməkdaşlıq edərək onlara aşağıdakı sahələrdə məsləhətlərimizi təklif edirik:
| Dövlət sektoru: Kənd təsərrüfatı və kənd yerlərinin inkişafıİstehlakçıların hüquqlarının müdafiəsiİqtisadi inkişafEnerji / ES və BOEƏtraf mühit və iqlim dəyişiklikləriMəşğulluq və sosial müdafiəAİ qanunvericiliyiİR inkişafı və bacarıqların artırılmasıİnfrastrukturun inkişafıMakroiqtisadiyyatDövlət maliyyəsiDövlət satınalmasıTənzimləyici mexanizmNəqliyyatTullantıların idarə olunması
 | Özəl sektor: Biznesin idarə olunmasıBiznesin qeydiyyatdan keçirilməsiKorporativ hüquqKorporativ vergi və hesablarİstehlakçıların hüquqlarının müdafiəsiMüqavilələrin nəzərdən keçirilməsi və hazırlanmasıGömrükİR autsorsinqSığortaƏqli mülkiyyətTorpaqdan istifadəLisenziyalar/icazələrMəhkəmə və mübahisələrin həlliMiqrasiyaSağlamlığın mühafizəsiDövlət satınalmasıDaşınmaz əmlakTexniki qayda və standartlarTelekommunikasiyalarNəqliyyat
 | 
    
    
    
        ACE Group Consultants Türkiyədə fəaliyyətini genişləndirir
    
    
    
        ACE GROUP CONSULTANTS-HR PARTNERS FE MMC-nin Özbəkistanda qeydiyyatı
    
    
    
    
    
    
    
        ACE Energy Experts ofisi Böyük Britaniyada fəaliyyətə başlayır
    
    
    
        ACE Qazaxıstanda fəaliyyət göstərməyə başlayır.
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
        Enerji səmərəliliyi, Bərpa olunan enerji, Tullantıların idarə olunması, digər ətraf mühit layihələri kimi
        sahələrdə layihələrin icrasında iştirak. Amerika Ticarət Palatasının üzvu.
    
    
    
        ACE Group Consultants komandası tərəfindən aparılan yüksək ixtisaslı iş sayəsində peşəkar, etibarlı və səmərəli şirkət olaraq fəaliyyət göstərmək potensialına sahibdir.
    
    
    
    
    
    
        2009
    
    
        ACE Group Consultants MMC müxtəlif sənaye müəssisələri, marka sahibləri, universitetlər, institutlar və ya hökumət strukturları kimi kənar aktorlardan daxil olan zəruri resurs və proseslərə çıxışa malik olmaqla daxili aktivləri, bacarıq və fəaliyyətləri tamamlayaraq, o cümlədən resurs və biliklərini bölüşərək ACE Consultants Ltd. ilə birgə partnyorluq çərçivəsində fəaliyyət göstərir.